Ərəbistanda 8 şiə uşağın edam hökmü verilib
Ərəbistanda səkkiz şiə uşaq Ali-Səud başçıları tərəfindən və ailələrinə heç bir ittiham anladılmadan edama məhkum edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Özlərinin sərt reaksiyalarında Ali-Səud rejiminin bu hərəkətini pisləyən hüquqi orqan və medialar vurğulayıblar: Bütün bu uşaqlar şiə məzhəblidirlər. Onlar qeyri-şəffaf və şübhə doğuran cinayətlərdə ittiham ediliblər ki, onun törədilməsi onların yaşları və şəraitlərində mümkünsüzdür.
Bu haqda yayılan məlumatda deyilir: Abdullah əl-Həviti edam olunacaq bu səkkiz uşaq arasında ən azyaşlı şəxs sayılır, zira həbs olunarkən on üç yaşı olub. Hal-hazırda onun iyirmi yaşı var və məhbəsdə saxlanılır.
Ərəbistanda çıxarılmış bu hökmlərə reaksiyalar davam etməkdədir. Sosial media fəalları “Qırğını dayandırın!” həştəqini trend ediblər.
Qeyd edək ki, Ərəbistanda edama məhkum edilən həddi-büluğa çatmamış uşaqların sayı artmaqda davam edir. Bu məsələ səudiyyə başçılarının yeniyetmələrin edam edilmələrinin dayandırılmasına dair vədlərinin yalan olduğunu göstərir.