Noy 13, 2022 21:00 Asia/Baku
  • Səud şahzadələri Yaxın Şərqdə narkobarondurlar

Ərəbistanda narkotik maddələr istehlakının baş alıb getdiyini bildirən bir səud mənbəyi narkotiklərin bu ölkəyə idxalında səud şahzadələrinin əllərinin olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sözügedən səud mənbəyi xəbər verib: 2015-2019-cu illər arasında “kaptaqon” adı ilə tanınan “amfetamin” tipli narkotik maddənin dünya səviyyəsində aşkar edilməsinin qırx beş faizindən çoxu Ərəbistanda baş verib. Narkomaddələrin paylanmasında kral ailəsinin üzvləri və səud təhlükəsizlik qüvvələrinin rolları olub.

Ərəbistan daxili işlər nazirliyi tərəfindən yayılan rəsmi statistikalara əsasən, bu ölkədə narkomanların sayı iki yüz min nəfərə çatıb.

Səudiyyə Ərəbistanı dünyada üçüncü narkotik maddə istehlakçısı olmaqla bərabər, bu maddələr üzrə Qərbi Asiyada ən böyük istehlakçıdır. Bu ölkədə rəvac tapmış qanuna əsasən, narkomaddə istehlakı və qaçaqmalçılığı edamla cəzalandırılır, amma bu cəza, məhkəmə təqibindən azad olan kral ailəsinin üzvləri barədə deyil, yalnız adi vətəndaş və miqrantlar barədə tətbiq edilir.

 

Teqlər