Yan 02, 2023 14:02 Asia/Baku
  • Dəməşq hava limanı normal vəziyyətinə qayıdıb

Suriya Nəqliyyat Nazirliyi sionist rejimin təcavüzündən Dəməşq Beynəlxalq Hava Limanınin normal vəziyyətə qayıtdığını açıqlayıb.

Bu gün səhər saat 2:00 radələrində sionist rejim Tiberiya gölünün şimal-şərqindən bir neçə raket ataraq, Dəməşq Beynəlxalq Hava Limanı və onun ətrafını hədəfə alıb.

Hücum nəticəsində iki Suriya əsgəri şəhid olub, 2 əsgər isə yaralanıb və bu hava limanının fəaliyyəti müvəqqəti olaraq, dayandırılib.

Suriyanın rəsmi SANA xəbər agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri Dəməşq Beynəlxalq Hava Limanı və ətrafını hədəf alan sionist rejimin Tiberiya gölü istiqamətindən atdığı raketlərin əksəriyyətini ələ keçirib.

Əl-Məyadin telekanalının məlumatına görə, Suriyanın Nəqliyyat Nazirliyi sionist rejimin təcavüzü nəticəsində dəyən ziyanı aradan qaldırdıqdan sonra bu gün səhər saat doqquzdan başlayaraq Dəməşq Beynəlxalq Hava Limanının yenidən xidmətə qayıtdığını və uçuşların bərpa olunduğunu elan edib.

Sionist rejim bir neçə ay əvvəldə oxşar hücumda Dəməşq Beynəlxalq Hava Limanını hədəf aldı və bu, regional və beynəlxalq tərəflər tərəfindən kəskin şəkildə pislənildi. 

Yalandan Suriyadakı hərbi hədəflərə hücum etdiklərini iddia edən sionistlər hücumlarında yaşayış məntəqələrini və Suriyanın hava limanları kimi infrastruktur obyektlərini hədəfə alırlar.

Teqlər