Təl-Əvivdə Netanyahuya qarşı geniş aksiya keçirilib
Media mənbələri xəbər veriblər ki, minlərlə sionist dünən axşam sionist rejimin yeni baş naziri Benyamin Netanyahuya və onun hökumətinin ekstremist üzvlərinə qarşı aksiya keçirib.
Benyamin Netanyahunun yeni nazirlər kabineti dekabrın iyirmi doqquzunda fəaliyyətə başlayıb. Bu nazirlər kabinetində ekstremist və rasist ünsürlərin olması, müxtəlif sionist şəxsiyyətlərin belə bir hökumətin gələcək nəticələri haqda xəbərdarlıq etmələri və İsrail rejiminin Netanyahu ilə, dağılmağa doğru getdiyini bildirmələrinə səbəb olubdur.
Əllərində Netanyahunun şəkilləri və plakatlar olan aksiyaçılar sağçı hökumət əleyhinə şüarlar veriblər.
Təl-Əvivin mərkəzində yerləşən Hebima meydanına toplaşmış aksiyaçılar sionistlər arasındakı ayrı-seçkiliyə də etiraz ediblər.
Sionist rejim parlamenti- knessetin bir qrup üzvü, o cümlədən Qadi Ayzenkot, Nema Lazimi və Ayman Ode aksiyada iştirak ediblər.