İsraildə xaos yaranıb
Netanyahu vətəndaş müharibəsinin baş verə biləcəyindən narahatdır
Sionist İsrail rejiminin baş naziri işğal olunmuş ərazilərdə “vətəndaş müharibəsi”nin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Bazar günü İsraildə müxalifət liderlərinin tətil və aksiya çağırışları və Netanyahuya qarşı aksiyaların genişlənməsi fonunda baş nazir daxili müharibə barədə xəbərdarlıq edib.
Netanyahu bunu həftəlik Nazirlər Kabinetinin iclası zamanı deyib.
O, müxalifəti “dövlətin dağıdılması və vətəndaş müharibəsi ilə bağlı qızışdırıcı şüarlara qapılmamağa” çağırıb.
İsrail baş nazirinin bu açıqlaması ötən gün Təl-Əviv küçələrində “demokratiya üçün” adı altında keçirilən və yeni ədliyyə nazirinin elan etdiyi məhkəmə islahatlarını rədd edən hökumət əleyhinə kütləvi nümayişlərdən sonra verilib.
Bu etirazlar, Netanyahunun rəhbərlik etdiyi hökumətin dekabrın 29-da and içməsindən sonra keçirilən ən böyük nümayişdir.