Təl-Əviv yaxınlığındakı "Bat Yam" şəhərində fabrik yanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i396641-təl_Əviv_yaxınlığındakı_bat_yam_şəhərində_fabrik_yanıb
Təl-Əviv yaxınlığındakı Bat Yam şəhərində boya və tikinti materialları fabrikində geniş yanğın baş verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 17, 2023 10:52 Asia/Baku
  • Təl-Əviv yaxınlığındakı

Təl-Əviv yaxınlığındakı Bat Yam şəhərində boya və tikinti materialları fabrikində geniş yanğın baş verib.

"TƏSNİM" xəbər agentliyinin məlumatına görə, Bat Yam şəhərində boya və tikinti materiallarının istehsalı, idxalı və satışı ilə məşğul olan fabrikdə baş verən böyük yanğından sonra hadisə yerinə 7 yanğınsöndürmə qrupu göndərilib.

Fabrik ərazisində tez alışan və zəhərli materialların saxlanması və binanın uçması və zəhərli qazların yayılması təhlükəsini nəzərə alaraq xilasedicilər yaxınlıqdakı tikililəri təxliyə ediblər.

Yanğın saatlardan sonra və köməkçi yanğınsöndürmə qrupları çağırılaraq söndürülüb. Ekspert qrupları bu şübhəli yanğınla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, son aylarda işğal olunmuş Fələstində bir neçə şübhəli yanğın hadisəsi baş verib, o cümlədən Ben Gurion hava limanı yaxınlığında və Tel-Əvivdə bir universitetdə yanğın olubdur.