Yan 18, 2023 15:59 Asia/Baku
  • Şəhid Süleymaninin təsirləri nəsillər boyu yaşayacaq

Livan Hizbullahının baş katibi deyib ki, Şəhid Süleymani zamandan daha irəli idi və onun təsirləri nəsillər boyu qalacaq.

Seyid Həsən Nəsrullah “Müqavimət ədəbiyyatı üzrə beynəlxalq Süleymani mükafatının təqdimat mərasimində söyləyib: Tarix boyu şəhid liderlərin özəlliyi, onların ilhamvericilikdəki bacarıqları,/ mühitdə və xalqın yanındakı mövqeləridir.

Livan Hizbullahının baş katibi əlavə edib: İslam döyüşlərində və müasir gerçəklikdəki bütün şəhidlər qələbəyə aparan şəxslərdirlər. Livan, Qəzzə, Fələstin, İraq, Yəmən və Suriyadakı şəhidlərin hamısı qələbə və uğura səbəb olur.

Nəsrullah deyib: Elə şəhidlər vardır ki, zaman və məkanı qabaqlayır və qiyamətədək bəşəriyyətə təsir göstərirlər. Şəhid Süleymani xalq və dünya səviyyəli şəhid olduğu üçün daha irəli gedibdir.

Livan Hizbullahının baş katibi vurğulayıb ki, şəhid Süleymani zamandan daha irəli idi və onun təsirləri nəsillər boyu qalacaqdır.

 

Teqlər