Fev 21, 2023 17:59 Asia/Baku
  • İsraildə vəziyyət partlayış həddindədir

Şabak rəhbəri rəsmi olaraq İsraildə vəziyyətin partlayış həddinə çatdığını bildirib.

Sionist İsrailin daxili təhlükəsizlik xidməti Şabak-ın rəhbəri Ronin Bar sionist rejimin müxtəlif koalisiyalarının rəsmiləri ilə söhbətində onlara xəbərdarlıq edib ki, İsraildə vəziyyət partlayış ərəfəsindədir və oradakı sabitliyə kölgə sala bilər.

İsrailin yüksək rütbəli nümayəndələri, hakim koalisiya və müxalifət rəsmiləri son günlər işğal olunmuş Fələstində sabitliyin kövrək olduğunu etiraf etməyə başlayıblar.

Şabak rəhbəri deyib ki, İsrail cəmiyyətində Netanyahuya qarşı artan etirazların davam etməsi ilə əlaqədar gərginliyin artması İsrailin gələcəyini təhlükə altına atır.

 

 

Teqlər