Sionist rejim qırıcıları Hələb beynəlxalq aeroportuna hücum ediblər
Mart 07, 2023 17:02 Asia/Baku
Sionist rejim qırıcıları Hələb beynəlxalq hava limanını hədəfə alıblar.
Bir hərbi mənbə bildirib ki, bu gün səhər saat iki-yeddi dəqiqədə sionist düşmən Laziqiyyə şəhərindən qərbdə- Aralıq dənizi səmtindən Hələb beynəlxalq hava limanına hava zərbələri endirib.
Hələb beynəlxalq hava limanına maddi xəsarətlərin dəydini bildirən bu hərbi mənbə qeyd edib ki, sözügedən aeroportun fəaliyyəti dayandırılıbdır.
Əlməyadin telekanalı da xəbər veribdir ki, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri düşmən raketlərilə mübarizə aparmaqdadırlar.
Bu telekanal eləcə də bildiribdir ki, Hələb aeroportunun uçuş xətti sıradan çıxıb və "Əl-Nirəb" hərbi hava bazası da sionist rejim qırıcılarının hücumları hədəfinə çevrilib.