Mart 10, 2023 13:37 Asia/Baku
  • Müxaliflərin məqsədi, hökuməti devirməkdir

İşğalçı sionist rejimin baş naziri iddia edib ki, müxaliflərin aksiyalar keçirməkdə məqsədləri, məhkəmə islahatlarını ləğv etmək deyil, bir neçə ay bundan öncə demokratik şəkildə seçilmiş onun hökumətini devirməkdir.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyaya səfərdən öncə Ben-Qurion hava limanında çıxış edən Benyamin Netanyahu deyib: Biz məhkəmə islahatları barədə anlaşmaya nail olmaq üzrə səylərimizi davam etdirəcəyik. Təəssüflə deməliyəm ki, indiyədək bu istiqamətdəki bütün səylərimiz əleyhdarların sərt və mütləq müxalifəti ilə üzləşib. Onların məqsədi, hökumətdə çaxnaşma yaratmaqdır.

 

Teqlər