Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməkdən imtina edib
Səudiyyə Ərəbistanı kralliqda BMT-nin sponsorluğu ilə keçirilən turizm tədbirinə dəvət olunmuş İsrail nümayəndə heyətinə giriş vizası verməkdən imtina edib və bu, Təl-Əvivin tezliklə Ər-Riyadla münasibətlərin istiləşməsinə dair ümidlərini puça çıxarır.
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Ümumdünya Turizm Təşkilatı işğal olunmuş ərazilərin şimalındakı Kfər Kama şəhərinin nümayəndə heyətini Səudiyyə Ərəbistanının şimal-qərbindəki Əl-Ula şəhərində keçiriləcək iki günlük tədbirdə iştirak etməyə dəvət edib.
BMT orqanı şəhərin adını cari ildə 32 eksklüziv kənd turizmi istiqamətləri siyahısına daxil edib.
Bununla belə, Səudiyyə rəsmiləri tədbirə dəvət olunmuş 22 ölkənin hamısına viza verib, lakin İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.
Ər-Riyadın İsrail nümayəndə heyətinə viza verməkdən imtina etməsi krallıq və İranın Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəlməsindən bir neçə gün sonra baş verib.
Səudiyyə Ərəbistanı ilə sionist İsrail arasında diplomatik səylər və onların əlaqələri normallaşdırmaq istəkləri ilə bağlı xəbərlərə baxmayaraq, reallıq tamamilə fərqli görünür.
İşğal olunmuş Fələstin əraziləri bu günlərdə bir tərəfdən fələstinlilərlə sionist hərbçilər arasında şiddətli qarşıdurmalara səhnədir, digər tərəfdən isə sionist rejimin baş naziri Benyamin Netanyahunun istefasını tələb edən siyasi qruplar arasında siyasi gərginliyin şahididir.
İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair razılaşmanın elan edilməsindən sonra sionist rejimin bir sıra keçmiş nümayəndələri və bu rejimin mediası bu hadisəni sionist rejimin məğlubiyyəti kimi dəyərləndirib, onun nəticələrindən narahat olduqlarını bildiriblər.