Apr 11, 2023 20:02 Asia/Baku
  • Suriyanın şərqindəki ABŞ bazasına raket hücumu edilib

Suriyanın şərqindəki "Koniko" qaz yatağında ABŞ ordusunun bazasına raket hücumu edilib.

"Sputnik"in məlumatına görə, Suriyanın şərqindəki Deyr Əz-Zor vilayətinin şimal-şərqində yerləşən "Koniko" təbii qaz yatağındakı ABŞ-ın qeyri-qanuni bazasında şiddətli silsilə partlayışlar baş verib.

Yerli mənbələr bildiriblər ki, ABŞ bazası çoxlu raketlərlə hədəfə alındıqdan sonra oradan güclü alov və tüstü sütunları yüksəlib.

Qeyd edək ki, "Koniko" təbii qaz yatağı ABŞ-ın işğalçı qüvvələrinin ən böyük hərbi bazalarından biridir və onlar tərəfindən ciddi mühafizə olunur.

Son aylar ABŞ-ın Suriyadakı bazalarına hücumlar intensivləşib. Suriya xalqı öz ölkələrində hər cür işğala qarşıdırlar.