Sionist rejim Ümumdünya Qüds günü ərəfəsində həyəcan təbili çalır
Sionist KİV-i çərşənbə axşamı gecə işğalçı rejimin təhlükəsizlik qüvvələrinin Beynəlxalq Qüds Günü ilə bağlı hazır vəziyyətdə olduğunu bildirib. Həmçinin sionist mühacirlərin Məscidül-Əqsaya girişi mübarək Ramazan ayının sonuna qədər qadağan edilib.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin "Kanal 12" kanalı bildirib ki, Fələstinlilər və Müqavimət qüvvələrinin sionist qüvvələrin Ramazan ayında Əl-Əqsaya təcavüzünə reaksiyası və xüsusilə də Livan, Qəzzə və Suriyadan raketlərin atıldığı ötən həftə hadisələrindən sonra İsrail kabineti həftə sonu müxtəlif bölgələrdə hava hücumundan müdafiə sistemini gücləndirməyə qərar verib.
Bu xəbərə əsasən, eyni zamanda, təhlükəsizlik nazirinin göstərişi əsasında sionist polisə kömək etmək və şəhər mərkəzlərində təhlükəsizliyi gücləndirmək üçün işğal olunmuş Fələstinin mərkəzinə xüsusi hərbi qüvvələr yerləşdirilib.
Eyni zamanda, Fələstində sionist mühacirlərin Məscidül-Əqsaya hücumu səbəbindən qarşıdurmaların şiddətlənməsindən sonra çərşənbə axşamı sionist rejimin baş naziri sionist mühacirlərin müqəddəs Ramazan ayının sonuna qədər Məscidül-Əqsaya girişini qadağan edib.
Netanyahu elan edib ki, qondarma İsrailin təhlükəsizlik xidmətlərinin məsləhətinə əsasən, sionist mühacirlər Ramazan ayının sonuna qədər Məscidül-Əqsaya daxil olmaq hüququna malik deyillər.
Sionist rejim televiziyasının "Kanal 12" kanalı bildirib ki, Netanyahu polis qüvvələrinə sabah, çərşənbə günündən Ramazan ayının sonuna qədər sionist mühacirlərin Məscidül-Əqsaya daxil olmalarının qarşısını almağı əmr edib.
Netanyahunun bu qərarı Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın "sionistlərin Məscidül-Əqsaya, ibadət edənlərə və işğal olunmuş Qüdsdə Fələstin xalqına qarşı hər hansı axmaq hərəkəti" barədə xəbərdarlığından sonra qəbul edilib.