Dəməşq qeyri-qanuni neft ixracına görə ABŞ-dən təzminat tələb edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i399343-dəməşq_qeyri_qanuni_neft_ixracına_görə_abŞ_dən_təzminat_tələb_edir
Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin sistematik şəkildə talanmasına son qoymağa çağırıb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 23, 2023 12:11 Asia/Baku
  • Dəməşq qeyri-qanuni neft ixracına görə ABŞ-dən təzminat tələb edir

Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin sistematik şəkildə talanmasına son qoymağa çağırıb.

SəhərAzəri-nin məlumatına görə, Bu barədə nazirliyin açıqlamasında deyilir: “Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir”.

Sənəddə vurğulanır ki, Suriya xalqına məxsus təbii sərvətlərin talanması beynəlxalq humanitar hüquqa ziddir, vətəndaşların yoxsullaşmasına səbəb olur.