Apr 29, 2023 17:43 Asia/Baku
  • Sionistlərin Homs şəhərinə hava hücumu nəticəsində 3 mülki şəxs yaralanıb

Suriya ordusunun rəsmisi şənbə günü səhər saatlarında sionist rejimin Homs şəhərinə hücumu nəticəsində üç mülki vətəndaşın yaralandığını bildirib.

SəhərAzəri-nin məlumatına görə, Suriyanın hərbi rəsmilərindən biri bu ölkənin dövlət xəbər agentliyi SANA-ya deyib: "Şənbə günü yerli vaxtla saat 00:50 radələrində sionist düşmən Livan sərhədindən Homs əyalətini bir neçə raketlə hədəfə alıb".

Adının açıqlanmasını istəməyən hərbi rəsmi hücumda 3 mülki vətəndaşın yaralandığını, mülki yanacaqdoldurma məntəqəsinin alovlandığını, çox sayda yanacaq daşıyan tanker və yük maşınlarının yandığını bildirib.

Məlumata görə, Suriya hava hücumundan müdafiə qüvvələri Homs səmasında İsrailin atdığı raketlərə cavab verib və onlardan bəzilərini vurub.

Teqlər