Sionist rejimin silah və təhlükəsizlik şirkətlərinin internet saytı darmadağın edilib
“Anonimos Sudan” hakerləri sionist rejimin bir neçə silah və təhlükəsizlik şirkətinin internet saytlarını sındıraraq, fəaliyyətini dayandırmağa müvəffəq olublar.
SəhərAzəri-nin məlumatına görə, “Hodhod” saytına görə daha bir hücüm təşkil edən “Anonimos Sudan” kimi tanınan haker qrupu, İsrail Hərbi Sənaye Şirkəti (Rafael), Hava Sənayesi Şirkəti (IAI), İsrail Silah İstehsalat Şirkəti (iwi) və " evigilo ” internet saytlarını sındırmağa müvəffəq olublar. Xatırladaq ki, bu platformalar hücum zamanı xəbərdarlıq sistemlərinin qurulması, inkişafı və sionistlərə təhlükə mesajlarının göndərilməsinə cavabdeh olan platformalar hesab edilirdi.
Qeyd edək ki, keçən həftə bu hakerlər sionist rejimin rabitə şirkətlərini və elektrik şirkətinin də səhifələrini sındırmağa müvəffəq olmuşdular
"Anonimos sudan" hakerlər, bu yaxınlarda sionist “İsrael Hum” qəzetinin “Hamel” xəbər proqramına və ondan öncə isə “Ma’ariv”, “Haaretz”, “Yediot Aharonot”, “Globes”, Sionist rejim televiziyasının Kana 12-yə, “0404” və “Rator” xəbər saytlarını da sındırmışdılar
Bir müddət öncə isə, bu qrup, sionist casusluq agentliyi “Mossad” və “Bemeh” internet saytının kiberhücum və dağıdılmasına görə də məsuliyyəti öz üzərinə götürmüşdü.