Suriya nefti talanır
ABŞ odusunun neft oğurluğu davam edir
İyun 05, 2023 13:42 Asia/Baku
ABŞ ordusu Suriya neftini oğurlamağa davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika işğalçı qüvvələri İraqdakı bazalarına 45 yük maşını Suriya nefti göndərib.
İŞİD terror qruplaşmasının məğlub edilməsindən sonra ABŞ qüvvələri birbaşa olaraq bu qruplaşmanın yerini tutub və İŞİD-dən sonra kürd yaraqlılarının köməyi ilə Suriya neftini oğurlamağa başlayıb.Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqi və şimal-şərqində yerləşən terrorçuların və amerikalıların Suriya neftini talamaqdan başqa məqsədi yoxdur və onların mövcudluğu qeyri-qanunidir.