Noy 13, 2023 12:12 Asia/Baku
  • Qəzzə Zolağında hücumlar davam edəcək

Qaniçən İsrail rejiminin xarici işlər naziri Eli Kohen bildirib ki, beynəlxalq dəstək dayandırılsa belə, İsrail Qəzzə zolağında öz hədəfləri uğrunda müharibəni davam etdirəcək.

Bütün dünyanı bürümüş anti-İsrail aksiyalarını görməzdən gələn sionist nazir deyib: “Biz dünya arenasında İsrailə görünməmiş dəstəyi müşahidə edirik. Onlarla dünya lideri və xarici işlər naziri buraya gələrək həmrəylik ifadə etdilər. Amma indi mən çox açıq deyirəm - beynəlxalq kredit başa çatsa belə, biz HƏMAS-ın məhv edilməsi hədəfinə nail olacağıq”.

Xatırladaq ki, hazırda sionist rejimin cinayətlərini bir-neçə Qərb dövlətindən başqa heç kəs müdafiə etmir, hətta sözü güdən Qərb ölkələrində belə xalq kütlələri hər gün İsrail rejiminə nifrətlərini nümayiş etdirmək üçün izdihamlı aksiyalar keçirirlər.

Bu arada sionistlərin Qəzzədə fələstinli mübarizlərlə bacara bilmədikləri üzündən ABŞ ordusundan yardım aldıqları barədə məlumatlar daxil olmaqdadır.

Yerli Fələstin mənbələri təsdiqləyiblər ki, Amerika hərbçiləri sionist qoşunlarla yanaşı fələstinlilərlə vuruşur.

İran Press Xəbər Agentliyinin məlumatına görə isə, Vaşinqton Qəzzənin müdafiəsiz xalqına qarşı atəş açmağa davam edir.

Maraqlıdır ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru "Con Kirbi" daha əvvəl demişdi: “Amerikanın İsrailə quru qoşunları göndərmək planı yoxdur”.

Amerikalı əsgərlərin işğal olunmuş Fələstində hərbi əməliyyatlara qoşulması Müqavimət qüvvələrinin Əl-Əqsa Tufanı əməliyyatından sonra Amerikanın İsrail rejiminə tam dəstək verəcəklərini elan etməsindən sonra baş tutur.

Digər tərəfdən Fələstin Səhiyyə Nazirliyi Qəzzədə sionist rejimin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlar nəticəsində şəhid olanların sayının 11 min 100 nəfərə yüksəldiyini bildirib.

Nazirlik əlavə edib ki, 27 mindən çox fələstinli də yaralanıb.