İsrail rejimi təklənir
İşğalçı rejimin cinayətləri dünya xalqlarını qəzəbləndirir - TƏHLİL
Sionist rejimin Qəzza zolağında on bir mindən çox insanın şəhid olmasına və 27 mindən çox fələstinlinin yaralanmasına səbəb olan cinayətkar əməlləri dünya xalqlarını ayağa qaldırıb.
Xunta rejiminə qarşı qlobal qəzəb gündən-günə genişlənir, kütləvi nümayişlərlə yanaşı, bəzi Qərb siyasətçiləri də İsraili tənqid edirlər, onu Qəzzədə dərhal atəşkəsə çağırırlar.
Norveçin baş naziri Yonas Qahr Stor sionistlərin Qəzzədə törətdiyi cinayətlərə etiraz edərək deyib: “İsrailin Qəzzə zolağının ağır bombardmanlara məruz qoyması beynəlxalq müharibə qanunlarının açıq şəkildə pozulmasıdır. Mülki əhalinin müdafiə haqqı var. Beynəlxalq müharibə qanunlarının pozulmasına son qoyulmalıdır”.
Bir Avropa ölkəsinin lideri tərəfindən sərgilənən bu mövqe göstərir ki, sionist rejimin özünümüdafiə bəhanəsi ilə Qəzzəyə hücum etməsi Qərbdə belə normal qarşılanmır və xalqların haqlı tələbləri nəzərə alınır. Bunun ən son nümunəsini Fransa prezidentinin Təl-Əvivə səfər etdiyi halda, İsraili öz hücumları zamanı dinc əhaliyə ziyan yetirməməklə bağlı açıqlamasında da görmək mümkündür.
Makron müsahibəsində deyib: “İsrail Qəzzədə uşaq və qadınların öldürülməsini dayandırmalıdır. Bu bombardmanlara heç cür bəraət qazandırmaq olmaz və atəşkəs İsrailin xeyrinə olacaqdır”.
Diqqətə çatdırılması lazım olan başqa bir məqam isə özünümüdafiə bəhanəsi ilə İsrailin Qəzzədə törətdiyi cinayətlərə tam və qeyd-şərtsiz dəstək verməsi səbəbindən Amerikaya qarşı qlobal qəzəbin artmasıdır.
Bütün bu məsələlər onu göstərir ki, keçmişdən fərqli olaraq və hətta Qəzzədə indiki müharibənin başlanğıcında sionist rejim öz əməllərinə haqq qazandırmaq üçün saxta xəbərlər və saxta videolar dərc etməklə dünya ictimai rəyinin diqqətini cəlb etməyə çalışsa da, hazırda Qəzzədən gələn xəbərlər və reportajlar dünya xalqlarını dəhşətə gətirir və onlar İsrail rejiminin müdafiəsiz xalqa qarşı cinayətlərinin dərinliyindən xəbərdar olurlar.
Beləliklə də Tel-Əvivi fələstinlilərə qarşı hücumlarını dayandırmağa məcbur etmək üçün qlobal hərəkat formalaşıb. Bu tendensiya gələcəkdə onun dəstkçilərini də çıxılmaz vəziyyətə salacaq.