Noy 13, 2023 15:51 Asia/Baku
  • Əl-Məyadin: “Sionist rejimi İranın humanitar yardımını Qəzzəyə buraxmadı”

“Əl-Məyadin” xəbər agentliyi fələstinlilərin dərman və tibbi avadanlıqlara ciddi ehtiyac duyduğu və olduqca böhranlı bir şəraitdə sionist rejimin İrandan gələn humanitar yardımların Misir üzərindən Qəzzəyə daxil olmasına icazə vermədiyini bildirib.

"Əl-Məyadin" xəbər agentliyi bir neçə mənbəyə istinadən xəbər verib ki, sionist rejim İranın humanitar yardımlarının Qəzzə zolağına daxil olmasına icazə verməyib.

Xəbərdə bildirilir ki, “İsrail işğalçılarının İrandan Qəzzəyə humanitar yardımın Rəfəh keçidi vasitəsilə daxil olmasına qarşı çıxması ardından Misir bu yardımların qəbulunda üzürlü olduğun bildirib”

Qeyd edək ki, sionist rejimin İranın humanitar yardımlarının Qəzzəyə ötürülməsi elə bir şəraitdə baş verir ki, xunta rejim öncə bu yardımın Qəzzə zolağına yüklərin yoxlanılmasından sonra və bir neçə saatlıq gecikdirilərək məhdud şəkildə daxil olmasına icazə verir.

Sionist rejiminin daha qəddar hərəkətlərindən biri də Qəzzəyə göndərilən yardımların bir çoxunun ölkəyə daxil olmasına icazə vermədiyinə görə, son bir neçə gündə Qəzzədə bir neçə xəstəxana və tibb mərkəzləri yanacaqlarının tükəndiyini və təcili tibbi ləvazimatlara ehtiyaclarının ciddi şəkildə artdığını bildiriblər.

Xatırladaq ki, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd ötən həftə ", Misir Qızıl Aypara Cəmiyyətinin sədri Rami Ən-Nazirlə telefon danışığında bildirimişdi ki, İran İslam Respublikası Qəzzə xalqına kömək məqsədilə Misirə humanitar yardımlar göndərməyə hazırdır.

Məlumat görə, ötən ay İran Qəzzə zolağına Misir üzərindən çatdırılması üçün 60 ton humanitar yardım göndərib.