Cinayətkar rejim içğalçılıq siyasətindən əl çəkmir
Sionist nazir Qəzzə sürgününü 1948 sürgününə bənzətdi
38 gündür şiddətli və intensiv bombardman altındakı Qəzzə sektorunda yaşayan fələstinlilərin şimaldan cənuba sürgün edilməsi İsrailin qurula bilməsi üçün 1948-ci ildə fələstinlilərin öz vətənlərindən qovulduğu Nəqbəyə bənzədilib.
Sionist İsrailin kənd təsərrüfatı naziri Avi Dixter bununla əlaqədar
“2023-ün Qəzzə Nəqbəsi” ifadəsini istifadə edib.
Bildirilir ki, efirdə aparıcı nazir Dixterə Qəzzə sakinlərinin şimaldan cənuba sürgün edilməsinin “müvəqqəti bir vəziyyət olub-olmaması”, yoxsa “müharibənin məqsədinin elə bu olması” barədə sual verib.
İsrail ordusunun əməliyyat zonasında əhalini azaltmaq istədiyini deyən Dixter “bunun necə sona çatacağını bilmirəm” deyə cavab verib.
Aparıcı təkrarən “Bu, bir Nəqbədir, yoxsa müvəqqəti bir vəziyyətdir” soruşduqda isə İsrail naziri “Qəzzə Nəqbəsi ilə üz-üzəyik” ifadəsini istifadə edib.
Aparıcı davam edərək “Qəzzə Nəqbəsi?” deyə soruşduqda Dixter əlavə edib ki, “Bəli, 2023 Qəzzə Nəqbəsi”.
Xatırladaq ki, 1948-ci il 14 mayda tarixi Fələstin torpaqlarında İsrailin qurulması ilə məcburi köç və qətliamlara məruz qalan Fələstin xalqı həmin günü “böyük fəlakət” mənasını verən “Nəqbə” adlandırırlar.