Noy 14, 2023 14:35 Asia/Baku
  • MOSSAD və MKİ casusunun etirafları

Sionist rejim casusu Yelizaveta Tsurkova son zamanlar// barəsində yayılan görüntülərdə etiraf edir ki, MOSSAD və MKİ casusu kimi İraq şiələri arasında ixtilaf salmağa çalışıbdır.

İraqlı mənbələr dünən gecə saatlarında sionist və amerikan casusluq təşkilatları MOSSAD və Mərkəzi Kəşfiyyat İdarəsinin sözügedən agentindən etiraflar yayıblar. Bu etiraflar sözügedən casusun İraqda itkin düşməsindən sonra ilk dəfə olaraq, yayılır.

İsrail rejimini təmsil etdiyini bildirən casus Tsurkova qeyd edibdir ki, o, MOSSAD və MKİ-yə işləyirmiş.

Mən MOSSAD və MKİ-nin İraqdakı qüvvəsi kimi bu ölkədə ixtilaflar salmaq və ixtilafları/İraqda aksiyaları koordinasiya etmək yolu ilə qızışdırmaq məsələsi üstündə fəaliyyət göstərirdim. Biz İraqda şiələr arasında müharibə törətmək məqsədilə ixtilafları qızışdırmağa səy göstərirdik- deyə, İsrail rejiminin casusu qeyd edib.

Sionist mənbələr bundan öncə iddia etmişdilər ki, Tsurkova/ turist kimi İraqa səfər edən dırnaqarası «rus-yəhudi tədqiqatçısı»dır.

 

Teqlər