Qəzza zolağında qurbanların sayı 12 mini keçdi
Qəzzə KİV-ləri elan ediblər ki, Qəzzə zolağında şəhidlərin sayı 12 mini keçib. Bu qurbanların 5 mini uşaq və 3300 qadın olduğu bildirilir.
Məlumata görə, Qəzzə mətbuat mərkəzi verdiyi açıqlamada itkin düşənlərin sayının 3750-dən çox olduğu deyilib. Bundan əlavə 1800 uşağın hələ də dağıntılar altında qaldığı bildirilir.
Mətbuat mərkəzinin açıqlamasında həmçinin bildirilir ki, sionist rejimin qüvvələri xəstəxana və tibb mərkəzlərini hədəfə alaraq Fələstinliləri oradan uzaqlaşdırır. Onların məqsədi əhalini bu yerlərdən məcburi köçürməkdir.
Qəzzə mətbuat mərkəzi sionist rejimin ardıcıl təcavüzünün 42 –ci gününü keçirdiyini xatırladaraq xəstəxanalara, yaşayış məskənlərinə vəhşicəsinə edilmiş hücumların hələ də davam etdiyini bildirib.
Qeyd edək ki, tibb işçilərindən 200 nəfərin və 51 jurnalistin də şəhid olduğu bildirilir.
Müharibə qurbanları arasında yaralıların da sayının artaraq 30 min nəfərə yüksəldiyi deyilir.