Yəmən qüvvələri tərəfindən saxlanılmış İsrail rejimi gəmisi ilə bağlı görüntülər yayılıb
Yəmən silahlı qüvvələri dünən bu ölkə qüvvələrinin özünəməxsus əməliyyatı və İsrail rejimi gəmisinin Qırmızı dənizdə saxlanılması ilə bağlı görüntülər yayıblar.
Bazar günü mötəbər mənbələr Əlməyadin telekanalına bildirdilər ki, Yəmən dəniz qüvvələri Qırmızı dənizdə sionist rejim gəmisini saxlamağa və onun əlli iki sərnişini həbs etməyə müvəffəq olublar.
Belə bir halda, Yəmən Ənsarullah hərəkatının əxlaq irşadı idarəsinin sədr müavini briqada generalı Abdullah bin Amir dünən deyibdir ki, İsrail rejimi gəmisinin saxlanılması Qəzzənin durumu və orada baş verən hadisələrlə bağlıdır.
Biz Qəzzəni himayə etmək üçün Qırmızı dənizdə İsrail rejiminə qarşı təzyiqi fəallaşdırmışıq- deyən Yəmən Ənsarullah hərəkatının rəsmisi söyləyib: Bu gəminin saxlanılması prosesi İsrail rejimini himayə edən bütün tərəflərə bir mesajdır ki; Yəmənin ərazi sularına daxil olmamalıdırlar.
O, deyib: Biz Qırmızı dənizdə beynəlxalq ticarəti deyil, yalnız İsrail rejimi ilə əlaqəli gəmiləri hədəfə alacağıq.
Qəzzəyə qarşı hücumların dayanacağı zaman, biz İsrail rejimi gəmilərini hədəfə almaqdan əl çəkəcəyik- deyə, Yəmən Ənsarullah hərəkatının əxlaq irşadı idarəsinin sədr müavini vurğulayıb.