İ. Barakın Əlşifa xəstəxanası barədəki etirafı
İsrail rejiminin keçmiş baş naziri Həmas-ın Əlşifa xəstəxanasının altında tunel tikməsi iddiasını rədd edib.
İsrail rejiminin keçmiş baş naziri Həmas-ın Əlşifa xəstəxanasının altında tunel tikməsi iddiasını rədd edib.
İhud Barak bir müsahibədə Kristian Əmanpuru özünün bu sözləri ilə şoka salıbdır ki: Qəzzədəki Əlşifa xəstəxanasının altındakı tunellər sionist mühəndislər tərəfindən inşa edilib.
Bu üzdən, sionist rejim ordusunun «Həmas-ın komandanlıq mərkəzinə ev sahibliyi edən yer» adlandırdığı məkan, İsrail rejiminin özünün inşasıdır və Həmas-ın onun tikintisində rolu olmayıbdır.
Sionist rejim başçıları «Həmas Əlşifa xəstəxanasının altında tunel qazmaqla bu səhiyyə mərkəzindən insan qalxanı kimi istifadə edir» bəhanəsilə Qəzzədə yerləşən Əlşifa xəstəxanasını bombalayıb və işğal ediblər.
Əlşifa xəstəxanası Fələstinin İngiltərə tərəfindən işğal edildiyi zaman bu ölkə ordusunun kazarmalarından biri olub və ondan sonra Fələstin hökuməti onu xəstəxanaya çeviribdir.