Sionist rejim məhbəslərindən 39 fələstinli əsir azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i405881-sionist_rejim_məhbəslərindən_39_fələstinli_əsir_azad_edilib
Sionist rejimin həbsxanalar təşkilatı bu gün səhər saatlarında əsirlər mübadiləsi üzrə razılaşmanın ikinci etapının icrası çərçivəsində otuz doqquz fələstinli əsirin azad edildiyini bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 26, 2023 09:41 Asia/Baku
  • Sionist rejim məhbəslərindən 39 fələstinli əsir azad edilib

Sionist rejimin həbsxanalar təşkilatı bu gün səhər saatlarında əsirlər mübadiləsi üzrə razılaşmanın ikinci etapının icrası çərçivəsində otuz doqquz fələstinli əsirin azad edildiyini bildirib.

Ofer məhbəsindən sərbəst buraxılan fələstinli əsirlər qərb sahilində yerləşən Beitunia qəsəbəsinə köçürülüblər.

Bundan öncə sionist hərbçilər gözyaşardıcı qaz buraxmaq və atəş açmaqla fələstinli azadələri qarşılamaq üçün Ofer zindanının yaxınlığına toplaşmış fələstinliləri dağıtmağa səy göstəriblər.

Digər tərəfdən, sionist rejim ordusu bildiribdir ki, Qızıl Xaç Komitəsinin nümayəndələri Həmas-ın azad edilmiş on yeddi əsirini Misirə köçürüblər.

Sionist rejimlə Həmas arasındakı dördgünlük atəşkəs cümə günü səhər saat yeddidən başlanıb