Dek 13, 2023 15:01 Asia/Baku
  • Fələstinli şəhidlərin sayı artıb

Sionist rejim ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı sutkalıq hücumlarının davam etməsi nəticəsində şəhidlər və yaralıların sayı artıb.

Bu xəbəri verən Əlməyadin telekanalının məlumatına əsasən, fələstinli şəhidlərin sayı on səkkiz min beş yüz nəfəri ötüb keçibdir.

Əlcəzirə telekanalının məlumatına görə isə: Qəzzə zolağının şimal hissəsinin sionist işğalçılar tərəfindən blokadaya alınması, Cibaliya düşərgəsi sakinlərinin bu zolaqda yerləşən düşərgə bazarını fələstinli şəhidlərin cənazələrini dəfn etmək üçün kütləvi qəbirə çevirmələrinə bais olubdur.

Qəzzədə yerləşən «Kamal Ədvan» xəstəxanasının pediatriya bölməsinin müdiri dünən bildiribdir ki, xəstəxanada su, qida və yanacaq yoxdur və xəstəxanadakı fələstinlilər çətin vəziyyətlə çarpışırlar.

 

Teqlər