Sionist rejim fələstinlilərə qarşı vuurşmağa əsgər tapa bilmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i406717-sionist_rejim_fələstinlilərə_qarşı_vuurşmağa_əsgər_tapa_bilmir
CAR hökuməti İsrailə gedən muzdluları təhdid etdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2023 11:57 Asia/Baku
  • Sionist rejim fələstinlilərə qarşı vuurşmağa əsgər tapa bilmir

CAR hökuməti İsrailə gedən muzdluları təhdid etdi

Sionist rejim fələstinlilərə qarşı vuurşmağa əsgər tapa bilmidiyi və müharibəni idarə etməkdə çətinlik çəkdiyi üçün xaricdən muzdlu cəlb etməyə başlayıb.

Beynəlxalq medianın yaydığı məlumata əsasən, xunta rejiminin bu hərəkəti muzdluların mənsub olduqları ölkələrin rəhbərliyini narahat edir.

Bununla bağlı Cənubi Afrika Respublikası (CAR) öz vətəndaşlarına xəbərdarlıq edib ki, işğalçı İsrail ordusunda xidmət edənlər mühakimə olunacaqlar!

Cənubi Afrikanın Prezidenti Siril Ramfoza bu ölkə vətəndaşlarının israil ordusu tərkibində muzdla vuruşması ilə bağlı narahatedici xəbərlər aldığını açıqlayıb və deyib ki, belə şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

O bildirib ki, Qəzzədəki soyqırım - müharibə cinayətidir və bu cinayətdə iştirak edən hər bir vətəndaş beynəlxalq qanunlarına uyğun olaraq mühakimə olunacaq!