Sionist mediya:
“Biz qalib gəlməyəcəyik”
Qəzzada indiki müharibəni uduzduq. Yerüstü əməliyyatların hər günü yalnız uğursuzluğu artırır.Bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Haaretz qəzeti Qəzzə müharibəsini dəhşətli müharibə adlandıraraq bildirir ki, bu müharibə başa çatdıqda sionistlər üçün vəziyyət 7 oktyabr hücumundan dərhal sonrakı vəziyyətdən daha pis olacaq.
Bəs bu uğursuzluq heç olmasa yaxşı nəsə vəd edirmi? Bəlkə İsrail-Fələstin münaqişəsinin sonu gəlir? Sualı ilə davam “Haaretz” qəzeti oktyabrın 16-da sionist rejimin hərbi kabinetinin müharibənin məqsədləri barədə açıqlamasına diqqət çəkir: HƏMAS-ın Qəzza zolağında hökmranlığına son qoymaq və onun hərbi imkanlarını məhv etmək; Qəzza zolağından İsrailə qarşı təhlükəsini aradan qaldırmaq; girov problemini həll etmək, İsrail sərhədlərini və vətəndaşlarını qorumaq üçün hər cür səy göstərmək”,- sionist nəşr yazır.
Qəzet sonra tam məyusluqla bu məqsədlərin reallaşacağının qeyri-mümkün olduğunu vurğulayır:
“Müharibə bitəndə biz bu məqsədlərin heç birinə nail ola bilməyəcəyik. Rəy sorğuları göstərir ki, Qəzza zolağındakı hərəkətlərimiz HƏMAS-ın təkcə Qəzzada deyil, həm də İordan çayının qərb sahilində fələstinlilər arasında statusunu gücləndirir. HƏMAS-ın Qəzza zolağında olmasını istəməyənlər indi onu Fələstin administrasiyasında da görəcəklər”, - məlumatda deyilir.
Qeyd olunub ki, işğalçı İsrailin rejiminin beynəlxalq nüfuzu artıq tarixinin ən aşağı həddinə düşüb:
“Bu, təkcə onun dostları ilə, xüsusən də ABŞ-la əlaqələri deyil, həm də dünyadakı yəhudi icmalarını təhdid edir, həmçinin israillilərin xaricdə dışlanmasına gətirib çıxarır. Regiondakı digər ölkələr arasında da mövqelərimiz kəskin şəkildə pisləşib.”,-sionist nəşrin məqaləsində deyilir.
“Haaretz” qəzeti cinayətkar rejimin hay-küylərinə rəğmən onun müqavimət qarşısında aciz qaldığını da etiraf edib:
“Hizbullahın bizə hücum etməkdən çəkindiyi ehtimalının əksinə olaraq, geri çəkilən İsraildir. ABŞ Prezidenti Bayden vəziyyəti anlayanda və sürətlə Aralıq dənizinə təsirli bir hərbi qüvvə göndərəndə Təl-Əvivin Hizbullah qarşısında zəifliyi geniş şəkildə təsdiqləndi”,- nəşr bildirir.
Sionist qəzet ABŞ-ın qəsbkar sionist rejimi qorumaq üçün regiona hərbi qüvvələr göndərməsinin də heç bir faydası olmadığına etiraf edib: “Amerikanın qüvvələrinə baxmayaraq, İran satellitləri problemlər yaratmağı bacarır. Hizbullah on minlərlə şimallı israillini öz ölkələrində qaçqına çevirdi, cənubda isə Yəməndəki husilər İsrailin dəniz əlaqələrini kəsməyə müvəffəq oldular. Beləliklə, İsrail 1956 və 1967-ci illərdə müharibə üçün əsas hesab etdiyi amili qəbul etmək məcburiyyətində qaldı”,- sionist rejimin “Haaretz” qəzeti yazıb.