Dek 30, 2023 13:50 Asia/Baku
  • Qəzzədəki qırğınlar sionist rejimin himayədarları üçün alın ləkəsidir

Misirdə Əl-Əzhər Alimlər Heyəti sionist rejim qovulana qədər Fələstin xalqının özünü müdafiə hüququnu qətiyyətlə dəstəkləyəcəyini bildirib.

Əl-Əzhər alimləri vurğulayıblar ki, Qəzzədəki qətliam və qırğınlar sionist rejimə maliyyə və silah dəstəyi göstərənlərin alnında rüsvaylıq ləkəsidir və tarix bu ölkələri yaddan çıxarmayacaq.

Alimlər ABŞ-ın sionistlərin Qəzzəyə hücumlarının dayandırılmasına dair qətnaməyə veto qoymasını pisləyərək, Haaqa Məhkəməsindən sionist rejim rəhbərlərini hərbi cinayətkar kimi mühakimə etməyi xahiş ediblər.

Misirin bu ən yüksək dini qurumu həmçinin Ərəb və İslam ölkələrini Təl-Əvivin hücumlarını dayandırmaq və Qəzzə zolağının mühasirəsini yarmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb və bu məsələni bu ölkələr üçün “şəriət vəzifəsi” adlandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası bütün belə çağırışlara rəğmən işğalçı rejimə neftin tədarükünü nəinki dayandırmayıb, onun həcmini həm də artırıb.

Dövlət Gömrük Komitəsinin ən son statistik məlumatında deyilir ki, Azərbaycan dövləti bu ilin yanvar-noyabr aylarında İsrailə neft satışını 4%-dən çox artırıb.

Məlumatda deyilir ki, Azərbaycan İsrailə təxminən 1.4 milyard ABŞ dolları dəyərində 2 milyon 244 min ton xam neft ixrac edib. Bu da ötən ilin analoji müddəti ilə müqayisədə 4,37 faiz artım deməkdir.

Bu yaxınlarda Bloomberg-in dərc etdiyi məlumatda deyilirdi ki, İsrail rejimi gündə təxminən 200 min barrel xam neft idxal edir. Və onun 60%-i müsəlman ölkələri olan Azərbaycan və Qazaxıstanın payına düşür.

Əl-Əzhər alimləri öz fətvalarının sonunda sionist rejimin vəhşicəsinə hücumlarından, qadın və uşaqların qətliam edilməsindən narahat olduqlarını bildirərək, bu cinayətlərdə məqsədin Fələstində etnik təmizləmə aparmaq olduğunu vurğulayıblar.