Fev 09, 2024 12:25 Asia/Baku
  • Qəzzə zolağı qəsb olunmuş Fələstinin ayrılmaz hissəsidir

Ərriyad məşvərət iclasının iştirakçıları Qəzzə müharibəsinə son qoyulması və təcili atəşkəs razılaşmasına nailolmanın vacibliyini vurğulayıblar.

Ərəbistan, Misir, Qətər, İordaniya və əmirliklərin xarici işlər nazirləri, həmçinin Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi Ərəbistanın paytaxtı Ərriyadda Qəzzə olayları ilə bağlı məşvərət iclası keçiriblər.

Ərəbistan xarici işlər nazirliyi iclasın yekun bəyanatının maddələri barədə belə qeyd edib:

Ərriyad məşvərət iclasının iştirakçıları Qəzzə müharibəsinə son qoyulması və təcili atəşkəs razılaşmasına nailolmanın vacibliyini vurğulayıblar.

 Ərriyad iclasında humanitar yardımların Qəzzə zolağına girişinə mane olan bütün məhdudiyyətlərin aradan qaldırılması və mülkilərin qorunmasına zəmanətə təkid olundu.

Ərriyad iclasının iştirakçıları UNRWA-ya dəstəklərini elan etdilər və bu beynəlxalq orqanın hamilərindən istədilər ki, didərginlər qarşısındakı humanitar tapşırıqlara dəstək istiqamətindəki rollarını ifa etsinlər.

Ərriyad iclasında Şərqi Qüds paytaxt olmaqla Fələstin ölkəsinin 1967-ci il sərhədlərində rəsmən tanınması zərurətinə təkid edildi.

Ərriyad iclasının iştirakçıları Qəzzə zolağı sakinlərinin icbari surətdə köçürülmələri üzrə hər hansı səy ilə müxalifət elan etməklə yanaşı, vurğuladılar ki, Qəzzə zolağı qəsb olunmuş Fələstinin ayrılmaz hissəsidir.

 

 

Teqlər