Livan Hizbullah Hərəkatı xunta rejimini sıxışdırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408842-livan_hizbullah_hərəkatı_xunta_rejimini_sıxışdırır
Son 4 ayda İsrailə qarşı mindən çox əməliyyat həyata keçirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2024 06:56 Asia/Baku
  • Livan Hizbullah Hərəkatı xunta rejimini sıxışdırır

Son 4 ayda İsrailə qarşı mindən çox əməliyyat həyata keçirilib

Livan İslami müqavimətinin sionist rejimə qarşı əməliyyatları misli görünməmiş səviyyəyə çatıb.

Livanın Əl-İttihad Araşdırma Mərkəzinin rəhbəri Hadi Kubeysi verdiyi müsahibədə deyib: “Livan İslami müqavimətinin son dörd ayda İsrailə qarşı həyata keçirdiyi min əməliyyatla öz gücünü göstərdi və rejimin təhlükəsizlik sistemləri bu hücumlarda böyük zərbə aldı”.

Onun sözlərinə görə, fasiləsiz davam edən əməliyyatlar nəticəsində on minlərlə sionist mühacir didərgin düşüb.

Hizbullahın əməliyyatları həmçinin casusluq infrastrukturu və İsrail ordusunun sürətli xəbərdarlıq sistemləri və strukturunu hədəfə alaraq, rejimə oktyabrın 7-də daddığı acı məğlubiyyətinin xatirəsini təkrarlatdı.