Mart 04, 2024 13:00 Asia/Baku
  • Hizbullahın sionist rejimin iki bazasına qarşı raket hücumlarının görüntüləri yayılıb

Livan Hizbullahı bildiribdir ki, Qəzzə zolağında məzlum Fələstin xalqını himayə etmək üçün sionist rejimin Cəl-Əlam və Əlmuttələ kimi iki bazasını dəqiq raket hücumları hədəflərinə çevirib.

Livan Hizbullahı müqaviməti işğal olunmuş Fələstinin şimalında yerləşən sözügedən iki bazanın hədəfə alınmasının görüntülərini yayıb.

Livan Hizbullahı dünən yaydığı bəyanatlarda bildiribdir ki: Qəzzə zolağında məzlum Fələstin xalqına dəstəyi elan etmək və onun qəhrəman müqavimətinə dayaq olmaq üçün sionistlərin bu iki bazadakı mövqeləri və toplaşma mərkəzlərinə qarşı dəqiq raket hücumları keçiribdir.

Əlminar telekanalının məlumatına görə, Livan Hizbullahı həmçinin yaydığı bir bəyanatda bildiribdir ki: Sionist rejim ordusunun bir mexanikləşdirilmiş bölməsini də Əlmalikiyyə bazasının ətrafında raket hücumu hədəfinə çevirib, həmçinin sionist rejim hərbçilərinin Cəbəl-Nəzr bölgəsindəki toplaşma mərkəzini münasib raketlə və birbaşa şəkildə hədəfə alıb.

 

Teqlər