İyul 31, 2024 17:33 Asia/Baku
  • İraq XİN: Həniyyənin şəhid edilməsi regionun sabitliyini təhdid edir

İraq HƏMAS-ın siyasi lideri İsmayıl Həniyyənin terror edilməsini pisləyib və bunun regionun sabitliyini təhdid etdiyi barədə xəbərdarlıq edib.

İraq Xarici İşlər Nazirliyi bəyanatında bu terroru beynəlxalq hüququn kobud şəkildə pozulması və regionda təhlükəsizlik və sabitliyə təhdid kimi qiymətləndirib.İraqdakı Müqavimət qrupuna daxil olan Ən-Nücəbə Hərəkatı bildirib ki, Həniyyənin öldürülməsi, Beyrutda Hizbullah komandirinin hədəfə alınması və ABŞ-ın İraqda İran tərəfdarı olan döyüşçülərə zərbə endirməsindən sonra “sionistlər və amerikalılar cəhənnəmin qapılarını açıblarƏn-Nücəba əlavə edib: Bu sui-qəsdlər bizi çəkindirməyəcək, əksinə, qətiyyətimizi gücləndirəcək.

Teqlər