Hizbullah: İsrail ordusunu raketlə çaşbaş qoyduq
Tel-Əvivdə 2 mühüm mövqe hədəfə alındı
Livan Hizbullahındakı mənbə bu hərəkatın yüksək səviyyəli cihad komandiri Fuad Şükürün öldürülməsinə cavab olaraq Təl-Əvivin şimalındakı mühüm mövqelərin hədəfə alındığını açıqlayıb.
İRNA-nın verdiyi xəbərə görə, Livan Hizbullahındakı bir mənbə Əl-Ərəbiyyəyə deyib: “İsrail ordusu bizim hücumçu pilotsuz təyyarələrimizin qarşısını ala bilmədi və biz çoxlu sayda raket ataraq İsrail ordusunu çaşdıra bildik”.
O, həmçinin elan edib: “Təl-Əvivin şimalında iki əsas mərkəzi hədəfə aldıq, bunu daha sonra açıqlayacağıq. İsrail ordusunun bu hücumu zərərsizləşdirmək iddiası silahlı pilotsuz təyyarələrimizin müvəffəqiyyətlə nüfuz etməsi ilə rədd edilir”.
Bununla bağlı Əl-Məyadin Şəbəkəsi də xəbər verib: “İslami müqavimət işğal olunmuş torpaqların ucqarlarında deyil, dərinliklərində həyati əhəmiyyətli hərbi obyektləri hədəfə alıb. Belə ki, Müqavimətin şəhid Fuad Şükürün qətlinə cavabı İsrailin bir aydan çox müddətdir tam xəbərdarlığına baxmayaraq uğurlu oldu. Və Dəmir Günbəz sistemlərini və digər əks-hücum imkanlarını yayındırmaq üçün 320 raket atıldı”.
Livan Hizbullahı bu gün elan edib ki, cihadçı komandiri Fuad Şükürün öldürülməsinə cavab tədbirlərinin birinci mərhələsini tamamlayıb.
Cavabın bu mərhələsində Hizbullah sionist rejimin 11 bazası və hərbi mövqelərini hədəfə alıb.
İRNA-nın məlumatına görə, Hizbullahın işğal olunmuş Fələstinin şimal bölgəsindəki əməliyyatlarının başlanmasından bəri bu bölgədə çoxlu sayda sionist mühacir evlərini tərk etmək məcburiyyətində qalıb və qalan sakinlərin əksəriyyəti psixi problemlərdən əziyyət çəkir.
Bu arada ən son məlumata əsasən, İsrail hökumətinin göstərişi ilə paytaxt Təl-Əvivdə 240 bomba sığınacağı açılıb.
Şəhər merinin müşaviri İlan Mixaeli bu barədə deyib: “Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, kütləvi tədbirlər ləğv edilib. Lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”.