İsrail mediası etiraf edir
Heç bir nöqtə Hizbullahın raketlərindən amanda deyil
Avq 25, 2024 13:43 Asia/Baku
İsrail mediası etiraf edir ki, işğal olunmuş ərazilərdə heç bir nöqtə Hizbullah raketlərindən amanda deyil.
Bildirilir ki, Hizbullah İsraili dəqiq hədəfə ala bilən raketlərə malikdir.
Yediot Aharanot qəzeti bununla bağlı xəbər yayaraq, oktyabrın 7-dən İsraillə münaqişədə olan Livan Hizbullahının nəhəng raket arsenalından əlavə, indi də hədəfləri dəqiq vuran raketlərə malik olduğunu açıqlayıb.
Bu məlumatın davamında qeyd olunur ki, Hizbullahın raketləri yönləndirmə sistemlərinə malikdir və döyüş başlıqları da böyükdür ki, bu da onların dağıdıcı gücünü xeyli artırır.
Yediot Aharanot bildirir ki, Fateh raketi 300-500 km məsafədəki hədəfi vura bilən taktiki ballistik raketdir və Beyrut limanından Eylat limanını hədəfə almağa qadirdir.