Sionist rejimin Qəzzəyə hücumunda 70 nəfər şəhid olub
Sionist rejimin ötən sutka ərzində Qəzzə şəhərinə və Qəzzə zolağının digər bölgələrinə qarşı hücumlarında şəhid olanların sayı yetmiş nəfərə çatıb.
Sionist qəsbkarlar qərb sahilindəki Selfit şəhərinin Mərda kəndinə hücumda kənd məscidini yandırıb və onun divarları üzərində irqçi şüarlar yazıblar.
Sionist rejimin Qəzzə şəhərinin cənubunda yerləşən Əlsəbrə məhəlləsindəki bir evə qarşı hava hücumunda da dörd fələstinli şəhid olub.
Yerli mənbələr işğalçı rejimin Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiyaya qarşı artilleriya hücumundan və fələstinlilərin evlərini viran etməsindən xəbər veriblər.
Qəsbkarlar Cibaliya düşərgəsində yerləşən evləri də bombalayıblar.
Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin qərbindəki Əl-Musa bölgəsi də sionistlərin hərbi qayıqları və artilleriyasının hücum hədəfinə çevrilibdir.