Yan 25, 2025 15:47 Asia/Baku
  • Fələstin Müqavimətinin strateji seçimi niyə əhəmiyyətlidir?

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) funksioneri Qəzzədə atəşkəs razılaşmasını Fələstin müqavimətinin yeni strateji qələbəsi adlandırıb.

Bəssam Xələf Beyrutda İranPress-in müxbiri ilə eksklüziv müsahibədəQəzzə zolağında atəşkəs razılaşmasının əhəmiyyətini vurğulayaraqbildirib ki, bu razılaşma Fələstin müqavimətinin İsrail rejiminə öztələblərini qəbul etdirmək qabiliyyətini nümayiş etdirir.Onun sözlərinə görə, Müqavimət bundan sonra da Fələstin xalqınınhüquqlarını müdafiə etmək üçün qalxan kimi qalacaq. Məhz buy ollaİsrail rejiminə qarşı böyük nailiyyətlər əldə oluna bilər.Məlum məsələdir ki, atəşkəs razılaşması Fələstin xalqının birliyi vəfələstin qüvvələr arasında birgə hərəkəti gücləndirmək üçün birfürsətdir.

Bununla əlaqədar Müqavimətin qələbəsi Fələstinin beynəlxalqforumlarda iştirakına və qlobal səviyyədə Fələstin məsələsinə dəstəkolmasına yol açır.Son razılaşma əsasında müqavimətin tələblərinə uyğun olaraq, İsrailordusu Qəzzə zolağından geri çəkilib, İsrail həbsxanalarında saxlanılançoxlu sayda fələstinli azad edilib, Qəzzəyə humanitar yardımların daxilolması və bu bölgənin bərpası üçün şərait yaradılıb.Atəşkəs danışıqlarının əvvəlində işğalçı rejimin baş naziri BenyaminNetanyahu bütün bu şərtlərə və tələblərə qarşı çıxırdı, lakin Fələstinxalqının dəyanəti və müqaviməti ilə son nəticədə bütün bu şərtləriqəbul etmək məcburiyyətində qaldı.Fələstin Müqavimətinin qələbəsinin Qəzzədə və İordan çayının qərbsahilində geniş şəkildə qarşılanması da hadisələrin düzgün məcradainkişaf etdiyini göstərir.