Yan 25, 2025 16:02 Asia/Baku
  • Əl-Husi ABŞ-ın Ənsarullahı

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi deyib: "Xalqımıza qarşı atılan istənilən addımla eyni səviyyədə mübarizə aparacağıq".

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi X platformasında yazıb: "Amerikanın terrorçu qərarları bizim ABŞ, İngiltərə və sionist rejimin Qəzzəyə təcavüz və onun mühasirəsindəki cinayətkar davranışını rədd etməyimizin bir mövqeyi və əvvəlki nəticəsi idi".

O, silahlı qüvvələr və onların birləşmələrinin etdiklərinin cinayətkarlığı rədd etmək üçün qanuni və bəyan edilmiş bir hərəkət olduğuna diqqət çəkərək, vurğulayıb: "Xalqımıza qarşı atılan hər hansı addım araşdırılacaq və Allahın izni ilə Yəmən də onlara uyğun davranacaq". 

Əl-Husi başqa bir tvittdə yazıb: "Trampın qərarları Yəmənin soyqırım və mühasirəni rədd edən mövqeyinə görə sionist rejimə dəstək çərçivəsindədir və Amerikanın terrorizmini və qeyri-qanuniliyini nümayiş etdirir”.

O, əlavə edib: "Onlar Qəzzədə soyqırım və mühasirə təcavüzündə İsraili dəstəkləməkdə iştiraklarına görə bu təsnifata daha layiqdirlər və bu qərarlar Trampı qınayan və Amerikanın və bu təcavüzdə iştirak edənlərin düşmənçiliyini təsdiqləyən qərarlardır".