Yan 26, 2025 13:08 Asia/Baku
  • Azad olunmuş fələstinli əsirlər Qahirəyə daxil olublar

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, bildiribdir ki, İsrail rejimi ilə razılaşma çərçivəsində azad olunmuş fələstinli əsirlər bu gün səhər Misirin paytaxtı Qahirəyə daxil olublar. Onları Həmas başçıları və ailələri qarşılayıblar.

İki yüz fələstinli əsir əsirlər mübadiləsi razılaşması çərçivəsində azad edilib. Ömürlük cəzaya məhkum olunmuş yetmiş fələstinlini gətirən iki avtobus da Misir ərazisinə daxil olubdur.

Dörd sionist qadın hərbi əsir də əsirlər mübadiləsinin ikinci mərhələsinin icrası istiqamətində Qızıl Xaç Təşkilatının nümayəndələrinə təhvil verilibdir.

Sionist rejim bir il üç ay vəhşicəsinə militarizmdən və öz məqsədlərinə çatmaqda aciz qaldıqdan sonra nəhayət yanvarın on beşində Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-la razılaşmaya boyun əydi. Razılaşma yanvarın on doqquzu axşamdan icra edilməyə başladı.

Qeyd edək ki, İsrail rejimi öz əsir hərbçilərini quru müdaxiləsi, Həmas-ı və Qəzzə zolağının raketdən istifadə sahəsindəki hərbi gücünü aradan götürmək yolu ilə öz hədəflərinə çatmaq xülyasında yaşayırdı.