İsrail ordusu Qəzzanın Netsarim bölgəsindən geri çəkilir.
Bu gün səhər sionist rejim ordusu Qəzza zolağının şimalı və cənubunu ayıran Netsarim bölgəsindən geri çəkilməyə başlayıb və bu səbəbdən Qəzzanın şimalında məcburi köçkün olan insanlar yaşayış yerlərinə qayıtmaq imkanı əldə ediblər.
Fələstinin Qəzzadakı Daxili İşlər Nazirliyi bildirib ki, razılaşmaya əsasən, əl-Rəşid küçəsində avtomobil hərəkətinə icazə verilməyəcək və səhər saat 9-dan etibarən avtomobillər yalnız Saladdin küçəsindən birtərəfli qaydada keçə biləcəklər.Bundan əvvəl sionist rejimi Netsarim bölgəsinin boşaldılmasını Ərbil Yəhud adlı bir qadın məhbusun, azad olunmaması bəhanəsi ilə təxirə salmışdı və Həmas bu məhbusun onların nəzarətində olduğunu açıqlamışdı.Qətərin Xarici İşlər Nazirliyi bu gün səhər bu problemin həll olunduğunu və bu qadın məhbusun cümə günündən əvvəl azad ediləcəyini bildirib və bunun əsasında İsrail ordusunun bu səhər Netsarim bölgəsindən geri çəkilməyə başladığını açıqlayıb. @SaharAzeriTVChannel