Ş.N.Qasim:
İsrailin Livana hücumları və günahsızların qırğını davam edərsə, cavab verəcəyik
Livan Hizbullahı-nın baş katibi dünən axşam və Ümumdünya Qüds Günü münasibətilə bildiribdir ki, Ümumdünya Qüds Günü məzlumların zalımlarla mübarizəsi günüdür.
Müqavimətdə böyük dəyişikliklər baş verib. Ələqsa selinin yaranmasına və onun Fələstin məsələsini qlobal bir məsələyə çevirməsinə nə səbəb oldu?- sualını verən Livan Hizbullahı-nın baş katibi vurğulayıb: Qəti şəkildə inanırıq ki, Fələstin amalı ədalətsevər bir amaldır. Biz müqəddəs məkanların azad ediləcəklərinə inanırıq.
Hesab edirik ki, bizim Livandakı mənafeyimiz, məzlumları və Fələstini himayə etməkdir- deyən Şeyx Nəim Qasim təkidlə bildirib: Biz İmam Xomeyni(r.ə)-in yolu ilə getməyə sadiqik.
Ümumdünya Qüds Gününün zalımlar, fitnəkarlar və işğalçılarla mübarizədə qəsb edilmiş Qüds və bütün dünya məzlumları ilə həmrəylik günü olduğunu bildirən Şeyx Nəim Qasim qeyd edibdir ki: Ümumdünya Qüds Günü Fələstindən bütün dünyaya yayılacaq.
Livan Hizbullahı-nın baş katibi sonra belə deyib: Əgər Qüds gününün elan olunmasından öncəki vəziyyəti bugünkü vəziyyətlə müqayisə etsək, azadlığın xeyrinə xeyli sayda dəyişikliyin baş verdiyini görmüş olarıq.
Bu gün biz öz ərazilərimizi çaydan tutmuş dənizədək- tam şəkildə azad etmək əzmindəyik!- deyə, Livan Hizbullahı-nın baş katibi qətiyyətlə bildirib.