Mart 30, 2025 13:31 Asia/Baku
  • Minlərlə sionist etirazçı atəşkəs razılaşmasının davam etməsini istəyib

Minlərlə sionist Təl-Əvivdə keçirdiyi etiraz aksiyasında atəşkəs razılaşması və onun vasitəsilə öz əsirlərinin azad olunmalarını istəyib.

Minlərlə sionist şənbə günü axşamçağı atəşkəs razılaşmasının davam etməsi və onun vasitəsilə öz əsirlərinin azad olunmalarını tələb edib.

İşğal olunmuş Fələstin ərazilərində çap edilən bir nəşr etiraz aksiyası barədə belə yazıb: Hökumətə qarşı çıxan etirazçılar Təl-Əvivin Habima meydanında və İsrailin digər nöqtələrində həftəlik aksiya keçirmək üçün bir araya gəliblər.

«Tayms İsrail» əlavə edib: Habima meydanına toplaşmış aktivistlər əllərində İsrail bayraqlarını və üzərlərində Qəzzədəki girovların geri qaytarılmaları barədə tələblər yazılmış posterlər tutublar. Onlar İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə qarşı şüarlar veriblər. Hayfada da etirazçılar yürüş keçirməkdədirlər. Onlar əllərində üzərində «Sonuncu əsirin geri qaytarılmasınadək!» tələbi yazılmış poster tuturlar.