Sionist rejim Dəməşqə hava basqını keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i419561-sionist_rejim_dəməşqə_hava_basqını_keçirib
İnformasiya mənbələri sionist rejim qırıcılarının Suriyanın paytaxtı- Dəməşqə, həmçinin Humsda yerləşən T4 və Həmahda yerləşən hərbi hava limanlarına qarşı basqınlarından xəbər veriblər.
(last modified 2025-04-03T10:44:00+00:00 )
Apr 03, 2025 14:42 Asia/Baku
  • Sionist rejim Dəməşqə hava basqını keçirib

İnformasiya mənbələri sionist rejim qırıcılarının Suriyanın paytaxtı- Dəməşqə, həmçinin Humsda yerləşən T4 və Həmahda yerləşən hərbi hava limanlarına qarşı basqınlarından xəbər veriblər.

Sionist rejimin on dördüncü telekanalı da bildiribdir ki, bu rejim qırıcıları dünən axşam Dəməşqə qarşı hücumlar keçiriblər.

Suriya mediaları da Dəməşqdə partlayış səslərinin eşidildiyini xəbər veriblər.

Sionist rejim qırıcıları həmçinin Dəməşqdə yerləşən elmi-tədqiqat müəssisəsini hədəfə alıblar.

Bu rejimin təyyarələri həmçinin Həmah hərbi hava limanına bir neçə dəfə hücum ediblər.

Tibb mənbələri bildiriblər ki, elmi-tədqiqat müəssisəsinə hücum zamanı bir qrup insan yaralanıb.