Qəzzədə içməli su təsisatları məhv edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i419571-qəzzədə_içməli_su_təsisatları_məhv_edildi
Qəzzə zolağının müxtəlif bölgələri sionist rejimin şiddətli aviasiya və artilleriya hücumları hədəflərinə çevriliblər.
(last modified 2025-04-04T07:14:09+00:00 )
Apr 04, 2025 11:11 Asia/Baku

Qəzzə zolağının müxtəlif bölgələri sionist rejimin şiddətli aviasiya və artilleriya hücumları hədəflərinə çevriliblər.

Sionist rejimin bu günün səhər saatlarında Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin cənub-şərqindəki Əlminarə məhəlləsində yerləşən bir mənzilə qarşı aviazərbəsi nəticəsində sayı on nəfər olmaqla, bir qrup insan şəhid olub və yaralanıbdır.

Digər bir məlumata görə, sionist rejim qırıcıları bu gün səhər Qəzzə şəhərinin Əl-Tuffah məhəlləsinin şərqində yerləşən Qəbain içməli su təsisatını məhv ediblər. Əlşücaiyyə məhəlləsi də İsrail rejimi ordusunun geniş artilleriya hücumları və şiddətli atəşlərinə məruz qalıb.

Qəsbkar rejimin qırıcıları həmçinin Qəzzə zolağının şimal-şərq bölgələrini bombalayıblar. Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhəri də sionist rejim ordusunun hava hücumları hədəfinə çevrilib.