Apr 07, 2025 15:08 Asia/Baku
  • Qəzzədə son 20 gündə 490 uşaq şəhid olub

Qəzzə zolağında hökumətin media ofisi bildirib ki, son 20 gündə İsrailin Qəzzəyə hücumları nəticəsində ümumilikdə 490 uşaq şəhid olub.

Ofisin bəyanatında deyilir: "İşğalçı sionistlər Qəzzə uşaqlarına qarşı dəhşətli soyqırım cinayətləri törədərək, təkcə son 20 gündə 490 uşağı şəhid ediblər. Bununla da bu müddət ərzində şəhid olanların sayı 1 350 nəfərə çatıbdır".

Bəyanatın davamında deyilir: "Biz acı reallıqla qarş-qarşıyıq. Soyqırım müharibəsi boyu işğalçıların fələstinli uşaqlara və mülki şəxslərə qarşı törətdiyi sistematik cinayətləri ən kəskin şəkildə pisləyirik və beynəlxalq ictimaiyyəti, insan haqları və humanitar təşkilatları, bütün dünya ölkələrini bu vəhşi cinayəti pisləməyə çağırırıq".

Bəyanatda vurğulanıb ki, davam edən biabırçı beynəlxalq susqunluq və işğalçıların məsuliyyətə cəlb edilməməsi bütün dünyanın gözü qarşısında baş verən soyqırımda açıq-aşkar iştirakdır.