May 26, 2025 17:07 Asia/Baku
  • Livanın cənubunda keçirilən bələdiyyə seçkilərində Hizbullahın böyük qələbəsi

Livanın cənubunda keçirilən bələdiyyə seçkilərində Hizbullah və Əməl Hərəkatına bağlı olan "İnkişaf və Sadiqlik" seçki siyahısı qəti qələbə əldə edib və əksər şəhər və kəndlərdə öndədir.

Əl-Minar kanalının məlumatına görə, Hizbullah və Əməl Hərəkatına bağlı olan "İnkişaf və Sadiqlik" seçki siyahısı Livanın cənubundakı əksər şəhər və kəndlərdə, o cümlədən, Şəqra, Coya, Əytərun, Deyr Qanun Əl-Nəhr, Əl-Səksəkiyyə, Fərun, Hanin, Debin və Əl-Sultaniyyədə böyük qələbə əldə edib.  

Həmçinin Əl-Nəbatiyyə şəhərində bu siyahılar seçkinin nəticələrində əhəmiyyətli dərəcədə üstünlük əldə edib. 

Eyni zamanda Azad Vətənpərvərlik Hərəkatın seçki qərargahı bu hərəkatın dəstəklədiyi siyahının Cezzin bölgəsində qalib gəldiyini açıqlayıb.

Bu nəticələr elan edildikdən sonra Livanın cənubunda yerləşən Sur və Nəbatiyyə şəhərlərində və bir sıra kəndlərdə avtomobil yürüşləri və kütləvi toplantılar keçirilib və qalib siyahıların tərəfdarları şənlik ediblər.