May 26, 2025 18:08 Asia/Baku
  • İfratçı sionist nazir Əl-Əqsa məscidinə basqın edib

Xəbər mənbələri sionist rejimin daxili təhlükəsizlik nazirinin Əl-Əqsa məscidinə hücumundan xəbər veriblər.

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Beytül-Müqəddəsin işğal edilməsinin ildönümü günündə Əl-Əqsa məscidinə basqın edib. Onun bu hərəkəti ciddi təhlükəsizlik tədbirləri altında və Knessetin bir neçə üzvünün müşayiət ilə həyata keçirilib. 

Sionist rəsmilərdən əlavə, ifratçı sionistlər də bu gün Əl-Əqsa məscidinə hörmətsizlik ediblər. 

Qüds İslami Vəqflər İdarəsinin məlumatına görə, bu gün 1250 sionist qəsəbə sakini Əl-Əqsa məscidinə basqın edib. 

Məscidül-Əqsanın imamı və xətibi də deyib ki, Məscidül-Əqsaya qarşı hörmətsizlik artıq heç kim üçün gizli deyil və işğalçıların bu hərəkəti sionist qəsəbə sakinlərinə Məscidül-Əqsaya qarşı təcavüz və təhqirlərini davam etdirməyə imkan verir. 

Sionist qəsəbə sakinləri dini ayinlər vasitəsi ilə Məscidül-Əqsaya nəzarət etdiklərini nümayiş etdirməyə çalışırlar.