Qəzzə şəhidlərinin sayı 53977 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420399-qəzzə_şəhidlərinin_sayı_53977_nəfərə_çatıb
Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionist rejim ordusunun bu bölgəyə qarşı hücumlarında şəhid olanların sayı əlli üç min doqquz yüz yetmiş yeddi nəfərə çatıb.
(last modified 2025-05-27T04:29:31+00:00 )
May 27, 2025 08:25 Asia/Baku
  • Qəzzə şəhidlərinin sayı 53977 nəfərə çatıb

Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionist rejim ordusunun bu bölgəyə qarşı hücumlarında şəhid olanların sayı əlli üç min doqquz yüz yetmiş yeddi nəfərə çatıb.

Fələstin səhiyyə nazirliyi yaydığı bəyanatda sionist rejim ordusunun iki min iyirmi üçüncü ilin yeddi oktyabrından bəri Qəzzə zolağına qarşı hücumlarında şəhid olan və yaralananların ən son statistikasını elan edib.Nazirliyin bildirdiyinə əsasən, sözügedən hücumlar nəticəsində bu anadək əlli üç min doqquz yüz yetmiş yeddi nəfər şəhid olub.Bu fələstinli səhiyyə orqanı həmçinin bildiribdir ki, Qəzzə zolağında müharibənin başlandığı zamandan bəri sionist rejim ordusunun həmin bölgəyə qarşı hücumlarında yaralananların ümumi sayı yüz iyirmi iki min doqquz yüz altmış altı nəfərə çatıb.Ötən sutka ərzində otuz səkkiz şəhidin cənazəsi xəstəxanaya köçürülüb. Bu müddətdə yüz altmış doqquz nəfər də yaralanıbdır- deyə, Fələstin səhiyyə nazirliyi bildirib.Hələ Qəzzədə minlərlə nəfər itkindir və ya uçqunlar atlında qalıb.