Sionist rejim mediasının iddiası: Həmas cüzi razılaşmaya qarşı deyil
Sionist rejimin on ikinci telekanalı bir reportajda iddia edibdir ki, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, Amerika tərəfindən zəmanətin verilməsi şərti ilə, cüzi razılaşmaya qarşı deyil.
Sionist rejim mediaları bundan öncə bildirmişdilər ki, Həmas hərəkatı müharibənin başa çatması və onun sionist rejim tərəfindən yenidən başladılmaması ilə nəticələnəcək müzakirələri davam etdirmək üçün Amerikanın möhkəm zəmanətlər verməsini istəyir.Belə bir halda, Qəzzə zolağındakı sionist əsirlərin ailələri bir bəyanatda nəticə etibarı ilə, yalnız bəzi əsirlərin azad ediləcəkləri cüzi razılaşma ilə öz müxalifətlərini bildiriblər.Digər tərəfdən, misirli mənbələr məsul bir şəxsə istinadla bildiriblər ki, Misir Həmas ilə sionist rejimdən razılaşma əldə etmək üçün lazımi yumşaqlıq göstərmələrini istəyib.